ReplyAgent
Haqqımızda
ReplyAgent Instagram biznes hesablarına gələn mesaj və şərhlərə süni intellekt ilə
avtomatik cavab verən onlayn xidmətdir. Mağaza öz hesabını qoşur, məhsullarını və
cavab qaydalarını yazır — bundan sonra müştəri sualları gecə-gündüz cavabsız qalmır.
Nə edir?
- Instagram Direct mesajlarını oxuyur və mağazanın məhsul kataloquna uyğun cavab yazır.
- Şəkil göndərilən mesajları anlayır — müştəri məhsulun fotosunu atanda da cavab alır.
- Səsli mesajları mətnə çevirir və cavabı səslə qaytarır.
- Post altındaki şərhlərə baxır və şərh yazan müştəriyə fərdi mesaj göndərir.
- Cavablar həmişə Azərbaycan dilindədir; mağaza sahibi promptu paneldən özü dəyişir.
- TikTok: TikTok Business hesabına gələn mesajlara (DM) və video şərhlərinə də eyni şəkildə cavab vermə (TikTok for Business API inteqrasiyası hazırlanır).
Necə işləyir?
- Mağaza sahibi replyagent.online-a girir və «Instagram ilə davam et» ilə hesabını qoşur.
- Paneldən prompt (cavab qaydaları) və məhsul siyahısı əlavə edir.
- Cavab paketi alır və avtomatik cavablamayı işə salır — mesajlar dərhal cavablanmağa başlayır.
Cavab paketləri
Xidmət abunə deyil, paket əsaslıdır — nə qədər cavab lazımdır, o qədər alınır.
- 10 AZN1 000 cavab
- 20 AZN2 000 cavab
- 30 AZN3 000 cavab
Hər göndərilən mətn cavabı bir kredit, səsli cavab beş kredit sayılır. Paket bitəndə
bot dayanır; kart yadda saxlanılıbsa və avtomatik yeniləmə açıqdırsa, eyni paket
avtomatik alınır və xidmət kəsilmir. Avtomatik yeniləməyi paneldən söndürmək olar.
Ödəniş və qaytarma
Ödənişlər Epoint.az ödəniş sistemi vasitəsilə kart ilə qəbul edilir.
Kart məlumatları bizim serverimizdə saxlanmır — onları yalnız ödəniş sistemi görür.
Ödəniş tamamlanan kimi kreditlər hesaba əlavə olunur.
İstifadə edilməmiş kreditlər üçün qaytarma tələbi ödəniş tarixindən 14 gün ərzində
Əlaqə səhifəsindəki ünvanlar vasitəsilə göndərilə bilər.
İstifadə olunmuş cavablar qaytarılmır.
Rekvizitlər
- Xidmət
- ReplyAgent
- Veb sayt
- replyagent.online